Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq: Hava proqnozu

2 dəq
Paylaş:
Sabah yağış yağacaq: Hava proqnozu

Aprelin 14-də Azərbaycanda havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var, lakin gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb gündüz cənub-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı ehtimalı var, lakin axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Dağlarda isə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta qeydə alınacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax