Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yunanıstanda “Fələstinə azadlıq” şüarı ilə mitinqlər keçirildi

2 dəq
Paylaş:
Yunanıstanda “Fələstinə azadlıq” şüarı ilə mitinqlər keçirildi

Yunanıstanın 106 müxtəlif məntəqəsində “Fələstinə ” şüarı ilə keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilb ki, ölkənin adalarından şəhər meydanlarına qədər müxtəlif yerlərdə Fələstin bayraqları dalğalandırılıb və İsrailin Qəzzadakı hərbi əməliyyatları etirazlarla qarşılanıb.

Aksiyalar Yunanıstanın kənd və şəhərləri ilə yanaşı, bir sıra adalarında da təşkil olunub.

İştirakçılar “Fələstinə azadlıq” şüarları səsləndirərək İsrailin hərəkətlərinə etirazlarını bildiriblər.

Paytaxt Afinada da Fələstinə aksiyası keçirilib. Etirazçılar Yunanıstan hökumətinin İsrailə dəstək verməklə Qəzzadakı vəziyyətə görə məsuliyyət daşıdığını iddia edən səsləndiriblər.

Afinadakı aksiyada minlərlə insan Monastiraki meydanında toplaşdıqdan sonra şüarlar səsləndirərək Sintagma meydanına yürüş edib.

Yunanıstanın bir sıra adalarında da Fələstinə dəstək mitinqləri keçirilib. Aksiyalarda hökumətin İsrailə münasibətdə siyasəti də tənqid olunub.

Həmçinin İsrail Fələstin tərəfdarı aksiyalarla əlaqədar Yunanıstanda yaşayan və ya ölkəyə səfər edən vətəndaşlarına edib.

İsrail Xarici İşlər Nazirliyi Yunanıstandakı israilliləri diqqət çəkməməyə, kimliklərini və İsrail vətəndaşlığını nümayiş etdirə biləcək davranışlardan çəkinməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax