Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahzadə Vilyam Səudiyyə Ərəbistanına gedir

1 dəq
Paylaş:
Şahzadə Vilyam Səudiyyə Ərəbistanına gedir

Şahzadəsi Səudiyyə Ərəbistanına üç səfərə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, səfər zamanı ölkə hökmdarı bin Salmanla görüşəcək.

Qeyd olunub ki, Şahzadənin səfəri Böyük Britaniya Maliyyə Nazirinin 2025-ci ildə Səudiyyə Ərəbistanına səfərindən sonra baş tutur.

Vilyam Səudiyyə Ərəbistanının iqtisadi islahatlarına, mədəni təşəbbüslərinə və proqramlarına həsr olunmuş tədbirlərdə iştirak edəcək.

O, həmçinin gənc səudiyyəlilərlə görüşməyi və ölkənin davamlı inkişaf və şəhərsalma proqramları, qadın idmanı, ətraf mühitin qorunması və mədəni əməkdaşlıqla bağlı layihələr haqqında məlumat əldə etməyi planlaşdırır.

Şahzadə Vilyam həmçinin qədim ərəb vahəsi Əl-Ulanı da ziyarət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax