Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peruda prezident seçkiləri: Keiko Fuximori rəqibini geridə qoydu

2 dəq
Paylaş:
Peruda prezident seçkiləri: Keiko Fuximori rəqibini geridə qoydu

Peruda keçirilən seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Milli Seçki Prosesləri Ofisi (ONPE) tərəfindən açıqlanan yekun nəticələrə əsasən, “” 50,135% səs toplayaraq 9 223 396 seçicinin dəstəyini qazanıb. Onun rəqibi, solçu namizəd “” isə 49,865% səs (9 173 755 səs) əldə edib.

Məlumata görə, səslərin hesablanması prosesi yekunlaşsa da, ölkənin Milli Seçki Münsiflər Heyəti (JNE) rəsmi nəticələri iyulun 3-də elan edəcək.

“Keiko Fujimori” platforması “X” hesabında paylaşım edərək uzun və gərgin seçki prosesinin başa çatmasını alqışladığını bildirib və rəsmi nəticəni “böyük təvazökarlıq, ehtiyat və məsuliyyətlə” gözlədiyini qeyd edib.

Bildirilib ki, seçkinin nəticələri ilə razılaşmayan “ Sanchez” saxtakarlıq iddiaları irəli sürərək heç bir sübut təqdim etmədən nəticələri qəbul etmədiyini açıqlayıb. O, “Keiko Fujimori”nin rəhbərlik edəcəyi hökuməti tanımayacağını bildirib və rəsmi elan öncəsi məhkəməyə müraciət etməyi planlaşdırdığını qeyd edib.

Paytaxt Limada tərəfdarların etiraz aksiyaları keçirilərkən, ölkədə siyasi gərginliyin davam edəcəyi ilə bağlı narahatlıqlar artır.

Qeyd edək ki, 51 yaşlı “Keiko Fujimori”nin iyulun 28-də vəzifəsinin icrasına başlaması gözlənilir. O, qalib elan olunacağı təqdirdə, 2016-cı ildən bu yana Perunun 10-cu prezidenti olacaq. Keçmiş prezident Alberto Fujimorinin qızı olan siyasətçi dördüncü cəhdində prezidentlik uğurunu qazanmış sayılır.

Seçkiqabağı kampaniyasında Fujimori ölkədə birliyi gücləndirmək, cinayətkarlıqla mübarizə aparmaq və sosial bərabərsizliyi azaltmaq vədləri verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax