Əsas məzmuna keç

Prezidentin yüksək vəzifə verdiyi general kimdir?

Prezidentin yüksək vəzifə verdiyi general kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi...

Xəbər verdiyimiz kimi, İlham Əliyevin Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" dövlət başçısının digər Sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsi verilən Sərdar Səfərovun dosyesini təqdim edir:

Sərdar Səfərov 1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 1999-cu ildə Türkiyənin Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Akademiyasını bitirib.

O, 2019-2022-ci illərdə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

2023-cü ilin yanvarında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Eyni ildə polis general-mayoru Xankəndi şəhərinin komendantı olub, Prezident Xankəndiyə səfər edərkən raport verib.

dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…