Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir"

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir"
23.09.2023 13:42
Aa
dəq

“Rəsmi Bakı Ermənistan tərəfinin tərksilah edilməsi və qoşunlarını Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.

O bildirib ki, sentyabrın 22-dən etibarən Laçın və Ağdam ərazisindən keçən mövcud marşrutlar üzrə ərzaq, dərman və digər zəruri malların maneəsiz çatdırılması üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton ərzaq və dərman daşıyan 4 yük maşını Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi 50 tona əlavədir. Hazırda yerli əhali ehtiyac duyduqları hər şeylə təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də fəal iş davam edir”.

E.Əmirbəyovun sözlərinə görə, həm Ağdam, həm də Laçın yolu açıqdır: “Bu, Azərbaycanla Ermənistan arasında əldə olunan əsas razılaşmadır. İndi biz oradakı dinc əhalidə inam yaratmalıyıq ki, onlar lazım olan hər şeylə təmin olunacaqlar. Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır”.

Prezidentin nümayəndəsi Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda keçirilən görüşə də münasibət bildirib: “Biz dinc yolla reinteqrasiya, həmçinin ermənilərinin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etdik”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu