“Prezidentin Tacikistana səfəri Mərkəzi Asiya dövlətləri ilə əlaqələri inkişaf etdirəcək” - Deputat

“Prezidentin Tacikistana səfəri Mərkəzi Asiya dövlətləri ilə əlaqələri inkişaf etdirəcək” - Deputat
06.04.2023 17:58
Aa
dəq

Prezident İlham Əliyev 5 apreldə Tacikistana, Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.

Bu səfərin ölkələrimiz arasındakı əlaqələri daha möhkəmləndirəcəyini qeyd edən millət vəkili Ceyhun Məmmədov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, Orta Asiya respubliklaları ilə əlaqlərin inkişafı özünü həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində göstərir.

“Bu gün Azərbaycanın Orta Asiya respublikaları ilə əlaqələri sürətlə inkişaf edir. Bu əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində özünü göstərir. Eyni zamanda da Azərbaycan cənab Prezidentin Tacikistana növbəti səfəri nəticəsində bu ölkə ilə əlaqələri daha da inkişaf etdirəcək. Burada bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər sırasına kənd təsərüfatı, daşınma və digər logistika məsələləri də daxildir. Hesab edirəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına öz ciddi və mühüm tövhəsini verəcək və bizim əlaqələrimiz daha da inkişaf edəcək”.

Mərkəzi Asiya dövlətləri ilə Avropa arasındakı ən qısa və təhlükəsiz yolun Azərbaycandan keçdiyini vurğulayan deputat qeyd edib ki, dünənki imzalanmış sənədlər həm də Mərkəzi Asiya Dövlətləri ilə Azərbaycanın əlaqələrinin daha da möhkəmlənməsində vacib rol oynayacaq.

“Mərkəzi Asiya dövlətlərinin Avropaya təhlükəsiz və ən qısa yolu Azərbaycandan keçir və dünənki imzalanmış iqtisadi, nəqliyyat, logistika sənədləri də ümumi perspektivdə götürüldükdə həm Tacikistanla əlaqələrin inkişafına, həmçinin Azərbaycanla Mərkəzi Asiya arasında yükdaşəmalarına artmasına və ticarət əlaqələrinin də genişlənməsinə, ticarət dövriyəsinin artmasına müsbət tövhə verəcək. Xüsusilə də burada nəzərə alınmalıdır ki, Azərbaycan son illər özünün logistika, nəqliyyat və bunun üçün imkanlarını genişləndirmişdir. Bu səfər butün əlaqələrə tövhə verəcək”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu