Əsas məzmuna keç

Hikmət Hacıyev: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malikdir

Hikmət Hacıyev: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malikdir

Hikmət Hacıyev Cənubi Qafqazda sülh, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı ilə strateji bağlardan danışdı. Bakının yeni diplomatik həmlələri nədən ibarətdir?

en ru

Bir neçə il əvvəl region sərhədlər, təmas xətləri və müharibələrlə bölünmüşdü. Bu gün isə Cənubi Qafqazda real sülh mövcuddur və bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Biz bu istiqamətdə həm siyasi iradə, həm də diplomatik cəsarət nümayiş etdirmişik. Bu, sadə səslənsə də, əslində çox dərin məna daşıyır. Çünki Qafqaz tarixən sülhü tam mənada yaşamayıb və biz onu indi formalaşdırırıq. Keçmişi inkar edə bilmərik, bu, qeyri-real olardı. Çətin bir tariximiz olub. Lakin biz onu geridə qoyaraq gələcəyə doğru irəliləyirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

O bildirib ki, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir: “Bir tərəfdən, biz Cənubi Qafqazın bir hissəsiyik, digər tərəfdən, Mərkəzi Asiya ilə etnik, tarixi və mədəni bağlılıqlarımız var və biz bu məkanın da bir parçasıyıq. Eyni zamanda Təşkilatı çərçivəsində də fəal iştirak edirik ki, bu da yeni geosiyasi əməkdaşlıq platforması kimi formalaşır. Bundan əlavə, Yaxın Şərq regionu ilə coğrafi yaxınlığımız bizə bu istiqamətdə də əməkdaşlıq imkanları yaradır. Azərbaycan––Suriya əməkdaşlığı bunun bariz nümunəsidir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…