Əsas məzmuna keç

Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib

Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev 2027–2030-cu illəri əhatə edən proqramın icrası ilə bağlı Sərəncam imzalayıb.

en ru

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı təsdiq edilib. İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, proqramın icrası ilə bağlı bir sıra tapşırıqlar müəyyənləşdirilib.

Sənədə əsasən, Mərkəzi aşağıdakı vəzifələr həvalə olunub:

  • Dövlət Proqramında əksini tapan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
  • Görülən işlər və icra vəziyyəti barədə ildə bir dəfə Prezidentinə hesabat verilməsi.

Proqram çərçivəsində monitorinq və qiymətləndirmə prosesini Mərkəzi Bankın sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icra edəcək. Maliyyə Nazirliyi isə Mərkəzi Bankla birgə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan tədbirlərin 2027-2030-cu illər üzrə büdcə proqnozlarında əks olunması üçün zəruri addımlar atacaq.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…