ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə keçiriləcək parlament seçkilərindəki namizədliyinə dəstək verdiyini bildirib. Bu barədə dövlət başçısı özünün "Truth Social" hesabında paylaşım edib.
Tramp qeyd edib ki, Nikol Paşinyanın 7 iyun 2026-cı il tarixində yenidən seçilməsinin tərəfdarıdır. ABŞ lideri, həmçinin ABŞ dövlət katibi Marko Rubionun iki ölkə üçün strateji əhəmiyyət kəsb edən razılaşmaların müzakirəsi məqsədilə Ermənistana səfər etdiyini xatırladıb.
Bundan əlavə, Donald Tramp Cənubi Qafqaz regionunda yeni imkanlar açacaq "Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasına başlanacağını vurğulayıb. Onun sözlərinə görə, bu layihə regionun resurslarına ABŞ enerji şirkətlərinin çıxışını təmin edəcək.