ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırılmasının sursat çatışmazlığı ilə əlaqəli olması barədə yayılan məlumatları təkzib edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, ABŞ-nin dünyanın istənilən ölkəsindən daha çox sursatı var.
"Bizim dünyada hər kəsdən daha çox sursatımız var. Hətta ehtiyacımız olandan da artıqdır", - ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, "The New York Times" iyulun 25-də mənbələrə istinadən yazmışdı ki, Tramp administrasiyası Yaxın Şərqdə yerləşdirilən Patriot zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə vasitələri üçün raket ehtiyatlarının azalacağı ehtimalına görə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb.