Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 24-dən 28-dək Çinə rəsmi səfər edəcək. Serbiya mediasının yaydığı məlumata görə, səfər proqramına əsasən, dövlət başçısı Çin lideri və Dövlət Şurasının Baş naziri Li Tsyanla görüşlər keçirəcək.
Səfər çərçivəsində tərəflər arasında əməkdaşlığı nəzərdə tutan 30-dan çox sazişin imzalanması planlaşdırılır. Eyni zamanda, Çin şirkətləri ilə bir neçə müqavilənin imzalanması da nəzərdə tutulub.