Əsas məzmuna keç

Prezident qəbul keçirdi - FOTOLAR - 12.11.2025

Prezident qəbul keçirdi - FOTOLAR - 12.11.2025

dövlət başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın...

Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd etdi.

Dövlətimizin başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğuladı.

Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını dedi. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…