Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Prezidenti: “İran və İraq arasında qardaşlıq ruhu əsas prioritetdir”

2 dəq
Paylaş:
İran Prezidenti: “İran və İraq arasında qardaşlıq ruhu əsas prioritetdir”

İran İslam Respublikasının Prezidenti bəyan edib ki, İslam İnqilabının lideri İran və İraq xalqları, eləcə də iki ölkə arasında münasibətlərinin qorunmasına hər zaman xüsusi önəm verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran və İraq arasında əlaqələrin yalnız siyasi əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda ortaq tarixi, dini və mənəvi dəyərlərə söykəndiyini bildirib.

Məsud qeyd edib ki, rəsmi Tehran və Bağdad arasında mövcud münasibətlər strateji xarakter daşıyır.

Onun sözlərinə görə, Ayətullah Seyid Əli Xameneinin tövsiyələri iki qonşu ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və əlaqələrin inkişafı üçün mühüm əsas rolunu oynayır.

Prezident bildirib ki, İran rəhbərliyi İraqla münasibətləri regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas amillərdən biri hesab edir.

Pezeşkian vurğulayıb ki, İran və İraq arasında qardaşlıq münasibətlərinin inkişafı hər iki dövlətin milli maraqlarına xidmət edir və bu əməkdaşlığın gələcəkdə də genişləndirilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax