Əsas məzmuna keç

Prezident: İnsan taleləri ilə bağlı məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır

Prezident: İnsan taleləri ilə bağlı məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır

Dövlət başçısı İlham Əliyev beynəlxalq qurumların ikili standartlarına toxunub. İnsan hüquqları və taleləri hansı səbəblərlə siyasi alətə çevrilir?

en ru

İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu fikir İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciətində yer alıb.

qeyd edib ki, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır:

" itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı".

İlham Əliyev bildirib ki, 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir:

"Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…