Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Makronu təbrik etdi

2 dəq
Paylaş:
İlham Əliyev Makronu təbrik etdi

İlham Əliyev fransalı həmkarı təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrikdə deyilir:

"Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi .

Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı -Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.

Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax