Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib, Prezident İlham Əliyevə mükafat təqdim olunub

2 dəq
Paylaş:
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib, Prezident İlham Əliyevə mükafat təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “ İnsan Qardaşlığı Mükafatı”nın təntənəli təqdimolunma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Mərasim Birləşmiş Ərəb Əmirliklərinin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyətini və tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Rəsmi hissənin açılışını Müsəlman Ağsaqqalları Şurasının Məhəmməd Əbdülsalam edib.

Tədbir çərçivəsində dünya liderlərinin mükafat laureatlarına ünvanlanmış video-təbrikləri təqdim olunub. Videomüraciətlərdə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Məhəmməd Şahbaz Şərif, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Livan Prezidenti Cosef Aun və İordaniya Kralı II Abdullah yer alıblar.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyib. Dövlət başçısının çıxışından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan kürsüyə dəvət olunub və çıxış edib.

Tədbirdə həmçinin mükafatın digər laureatları – əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçı Zarqa Yaftalı, eləcə də “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi söz alıblar.

Mərasimin yekununda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim edib.

Tədbir iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Sona çatıb 04 Feb 2026, 20:07

Bu canlı blog sona çatıb

04 Feb

Tədbirin rəsmi hissəsi başa çatıb. Mükafatlandırma mərasiminin sonunda iştirakçılar və ali qonaqlar xatirə şəkli çəkdiriblər.

Sonda birgə fotonun çəkilməsi ilə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi öz işini yekunlaşdırıb.

04 Feb

Çıxışlardan sonra əsas hissəyə keçilib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan səhnəyə dəvət olunub.

O, "Zayed İnsan Qardaşlığı Mükafatı"nı builki laureatlara təntənəli şəkildə təqdim edib.

04 Feb

Siyasətçilərin ardınca mükafatın digər laureatları və ictimai xadimlər söz alıb.

Əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçı, mükafat laureatı Zarqa Yaftalı çıxış edərək qadın hüquqlarının vacibliyini vurğulayıb.

Daha sonra “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi kürsüyə çıxıb.

04 Feb

Azərbaycan Prezidentinin ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan mərasim iştirakçılarına müraciət edib. Baş nazir öz çıxışında insan qardaşlığı və sülh mövzularına toxunub.

04 Feb

Mərasimin ən diqqətçəkən məqamlarından biri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kürsüyə dəvət olunub.

Dövlət başçısı tədbir iştirakçıları qarşısında geniş nitq söyləyib. Prezidentin çıxışı regionda sülh və birgəyaşayış mesajları ilə yadda qalıb.

04 Feb

Tədbirdə dünya liderlərinin laureatlara ünvanlanmış video-təbrikləri nümayiş etdirilir. Videomüraciətlər aşağıdakı liderləri əhatə edib:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan;

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev;

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev;

İordaniya Kralı II Abdullah;

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif;

Qırğız Respublikasının Prezidenti Sadır Japarov;

Livan Prezidenti Cosef Aun.

04 Feb

Tədbirin rəsmi açılış hissəsindən sonra ilk söz Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalama verilib. Baş katib çıxışında mükafatın əhəmiyyəti və bəşəri dəyərlər barədə danışıb.

04 Feb

Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca auditoriyaya “Zayed İnsan Qardaşlığı Mükafatı”nın tarixini və məramını əks etdirən xüsusi videoçarx nümayiş etdirilib.

04 Feb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi start götürür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Zalın qonaqları arasında yüksək səviyyəli dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri var.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax