Əsas məzmuna keç

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib

Mixay Popşoi Maya Sandunun salamlarını çatdırdı. Görüşdə rəsmi Kişinyovun Bakı ilə həmrəyliyi, suverenlik, enerji və iqtisadi əlaqələrin gələcəyi müzakirə olundu.

en ru

İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, naziri Mixay Popşoini qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qəbula görə dövlət başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını İlham Əliyevə çatdırdı.

salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.

Xalqlar arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.

Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…