Prezident İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır

Prezident İlham Əliyev: Azərbaycan və Macarıstan strateji tərəfdaşdır
20.05.2025 15:27
Aa
dəq

Azərbaycan və Macarıstan strateji tərəfdaşdır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti deyib ki, Macarıstan kimi Azərbaycan da müharibə aparan ölkə ilə həmsərhəddir: “Biz demək olar ki, eyni çağırışlarla üzləşmişik”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan da müharibə aparıb: “Azərbaycan öz ərazisini azad etmək uğrunda müharibə aparıb. Ancaq bu müharibə Rusiya və Ukrayna arasındakı kimi 3 il yox, 44 gün davam edib. Azərbaycan Ordusunda 1 fərari belə olmayıb, Ermənistan isə 12 min fərarinin olduğunu özləri etiraf edib. Azərbaycan öz ərazilərini işğaldan azad edib”.

 

 

Həftənin ən çox oxunanları