Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident Fərman imzaladı - 09.10.2024

2 dəq
Paylaş:
Prezident Fərman imzaladı - 09.10.2024

İlham Əliyev “ Respublikasının İpoteka və Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fərmanda deyilir:

1. Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “980 700 000 (doqquz yüz milyon yeddi yüz min)” sözləri “1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min)” sözləri ilə əvəz edilsin.

2. Bu Fərmanın 1-ci hissəsinin icrası “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.11.7.9.1-ci abzası ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 700 000 (səksən yeddi milyon yeddi yüz min) manat hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

4. Fond bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax