Əsas məzmuna keç

Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"

Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"

İlham Əliyev Bakıda keçirilən III İnvestisiya Forumunun iqtisadi əhəmiyyətini açıqladı: Qlobal tərəfdaşlıq və nəqliyyat dəhlizləri rifahı necə dəyişəcək?

en ru

1-ci Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – 2026) iştirakçılarına müraciətində bildirib.

"Ötən il ümumi dəyəri 10 milyard dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb", - deyə o qeyd edib.

həmçinin deyib ki, bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunub ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir.

"Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investor və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcək. Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcək. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr, qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram", - deyə İ.Əliyev fikrini tamamlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…