Əsas məzmuna keç

Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Dövlət başçısı İlham Əliyev maliyyə hesabatını təsdiqlədi: 2025-ci ildə gəlirlər necə artıb və büdcədə profisit yaranmasına hansı amillər təsir göstərib?

en ru

İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…