Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev John Deere heyətini qəbul edib

2 dəq
Paylaş:
İlham Əliyev John Deere heyətini qəbul edib

İlham Əliyev iyulun 16-da " " şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.

Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər.

"John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.

Görüş əsnasında Azərbaycanda təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanla "John Deere" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Qeyd edək ki, "John Deere" 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan "John Deere"nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax