Operativ Məlumat Mərkəzi

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub edib

1 dəq
Paylaş:
Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, günün ikinci matçında...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1. Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.

Xallarının sayını 37-ə çatdıran "Sabah" "Neftçi" və "Səbail"lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər