Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə. Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.