Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Numan Kurtulmuş Azərbaycana gəlir

2 dəq
Paylaş:
Numan Kurtulmuş Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Azərbaycana səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, o, İslam Təşkilatı Birliyinin 20-ci Konfransında iştirak edəcək.

Məlumatda bildirilir ki, Numan Kurtulmuş konfrans çərçivəsində çıxış edərək İslam ölkələri arasında siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın inkişafı, eləcə də müharibə və böhranlar nəticəsində məcburi köçkün düşmüş milyonlarla insan üçün həmrəyliyin gücləndirilməsi kimi mövzulara toxunacaq.

Səfər zamanı TBMM sədrinin iştirakçı ölkələrin parlament rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin 20-ci Konfransı İslam dünyasının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi və aktual regional və qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma hesab olunur.

Qeyd edək ki, konfrans iyunun 23-24-də Bakıda Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax