"Prava" imtahanını DİM keçirəcək? - Ekspert AÇIQLADI

"Prava" imtahanını DİM keçirəcək? - Ekspert AÇIQLADI
08.08.2024 09:15
Aa
dəq

Sürücülük vəsiqəsinin alınması üçün DYP-də verilən imtahanların artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəyi ilə bağlı şayələr dolaşır. İki mərhələli imtahanın ilk mərhələsi DİM-in imtahan strukturuna uyğun gəlsə də, ikinci mərhələsi şübhə yaradır. 

Belə olduqda insanların sürücülük vəsiqəsi əldə etməsi çətinləşir? Ümumiyyətlə təklif olunan bu layihə nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ölkə Prezidenti tərəfindən təsdiq olunmuş nizamnamə əsasında fəaliyyət göstərir: 

Təhsilimizin inkişafı üçün dövlət proqramları həyata keçirilir - AZƏRTAC

“Hazırki durumda sürücülük vəsiqəsi imtahanını həyata keçirən Baş Dövlət Yol Polis İdarəsinin müracəti olacaqsa, qurumlar arası razılaşması əsasında DİM vasitəsi ilə müvafiq imtahanların birgə təşkilini həyata keçirmək olar. Amma bunun üçün infrastruktur lazımdır. Mən düşünmürəm ki, hazırda bununla bağlı ciddi bir zərurət var. Əlbəttə ki, bununla bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olan qurumlar var. Onlar arasında razılşma olduqdan sonra DİM bu imtahanların keçirilməsini həyata keçirməlidir”. 

Müsahibimiz deyir ki, imtahan 2 mərhələdən ibarətdir. Birinci mərhələ nəzəri biliklərin yoxlanılmasıdır, hansı ki, bunlar kompüter vasitəsi ilə həyata keçirilir. İkinci mərhələ isə praktiki test mərhələsidir, el arasında "YEZDA" deyirlər. Bu, sürücülük vəsiqəsi və hüququ əldə etmək istəyən iddiaçının praktiki biliklərin yoxlanması məqsədi ilə həyata keçirilən imtahandır:

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - Bundan sonra... Yeni Sabah

“Birinci mərhələni DİM həyata keçirə bilər. Amma həmin imtahanların keçirilmə səlahiyyəti hazırda DİN-dədir. DİN tərəfindən həyata keçirilən imtahanlarda hansısa pozuntu və ya ədalətsizlik mövcud olduğunu eşitməmişəm. Əsla belə yanaşma mövcud deyil. Zamanında mən və həyat yoldaşım imtahan verdik. Biz imtahanlarda sadəcə olaraq şəffaf mühiti gördük. Mən düşünmürəm ki, bununla bağlı ciddi problem yaşanacaq”. 

İ.Orucov bildirir ki, imtahanları DİM keçirsə böyük bir fərq olmayacaq. O ki qaldı, sürücülük vəsiqəsinin bitdiyi müddətə, həmin vaxt da imtahana ehtiyac olmayacaq, hətta indi də yoxdur. Müddəti bitmiş sürücülük vəsiqəsini dəyişdirmək üçün imtahana ehtiyac və zərurət yoxdur. Dünyanın heç bir ölkəsində belə bir tələb də yoxdur. Qaydalar hazırlanarkən beynəlxalq təcrübələr nəzərə alınır və dünyada da belə bir təcrübə yoxdur.

“Sürücülük vəsiqəsinin alınmasında şəffaqlıq nə qədər təmin olunarsa, o qədər yol hərəkətinin təşkili mükəmməl olar, yol qəzalarının sayı azalar, hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunar və tıxaclar azalar”. 

Bu sözləri isə nəqliyyat eksperti Aslan Əsədov saytımıza açıqlaması zamanı deyib. 

Onun fikrincə, sürücülük vəsiqəsinin alınması proseduru şəffaf keçirilməlidir. İmtahanlar DİM-in nəznində olarsa, insanlarda məsuliyyət olacaq. 10 il sonra sürücülük vəsiqəsinin müddəti bitəndə isə, yenidən imtahan verməyə ehtiyac olmayacaq.

Bu, sərnişindaşımada effektiv nəticə vermədi"

Digər nəqliyyat eksperti Elməddin Muradlı isə dedi ki, bu təklif uzun illərdir səslənsə də reallaşmayıb. Görünür hələ dövlət buna hazır deyil. Hazırki müddətdə isə bu layihənin gerçəkləşməsi real görsənmir.

Mədinə Useynova

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu