Bu gün Bakının Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Azərişıq” ASC açıqlama yayıb.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq planlı təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Elektrik enerjisinin verilişində fasilə aşağıdakı əraziləri əhatə edəcək:
Əmircan qəsəbəsi – Səttar Bəhlulzadə küçəsi
Bülbülə qəsəbəsi – Çingiz Nəsirov, Nəriman Nərimanov və Vüqar Bədəlov küçələri
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qeyd edilən ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.