Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hindistan vətəndaşlarına İranla bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
Hindistan vətəndaşlarına İranla bağlı xəbərdarlıq edib

Hindistanın Tehrandakı səfirliyi “X” sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə İranla bağlı xəbərdarlığı yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomatik nümayəndəlik bölgədəki vəziyyəti diqqətlə izlədiyini bildirib və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

Məlumata görə, səfirliyin açıqlamasında son hadisələr fonunda vətəndaşlarına ikinci bir bildirişə qədər İrana zəruri olmayan səfərlərdən çəkinmək çağırışı edilib.

Bildirilib ki, İranda olan və ya məcburi səbəblərlə bu ölkəyə səfər etməli olan Hindistan vətəndaşlarına maksimum diqqətli olmaları və yalnız rəsmi və etibarlı mənbələrdən yayılan məlumatları izləmələri tövsiyə olunub.

Qeyd olunub ki, Hindistan səfirliyi regiondakı vəziyyətlə bağlı monitorinqini davam etdirir və lazım gəldikdə əlavə təlimatların veriləcəyi gözlənilir.

Məlumata əsasən, daha əvvəl Avropa İttifaqı da Yaxın və Fars körfəzi regionunda uçuş təhlükəsizliyi ilə bağlı xəbərdarlığını uzadıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax