Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda “Portu” ilə “Napoli” qarşılaşıb. Noyabrın 4-də, çərşənbə günü keçirilən görüş Portuqaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Portu”nun heyətində Yan Bednarek, Qabi Veiqa, Yakub Kiver və Samu Omorodion qol vurublar. “Napoli”nin yeganə qolunu Skott Maktomini qeydə alıb.
“Portu” – “Napoli” matçının videoicmalı internetdə yayımlanıb.