Operativ Məlumat Mərkəzi

Polşaya keçən ukraynalı qaçqınların sayı 12 milyona yaxınlaşır

1 dəq
Paylaş:
Polşaya keçən ukraynalı qaçqınların sayı 12 milyona yaxınlaşır
bu barədə Polşa Sərhəd Mühafizəçiləri "Twitter" hesabında paylaşım edib. Təkcə dünən Ukraynadan ölkəyə 22 min nəfərin daxil olduğunu qeyd edərək,...

Mayın 16-na Ukraynadan Polşaya daxil olan qaçqınların sayı təxminən 12 milyon olduğu halda, ölkəni tərk edənlərin sayı 10 milyonu keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəçiləri "Twitter" hesabında paylaşım edib.

Təkcə dünən Ukraynadan ölkəyə 22 min nəfərin daxil olduğunu qeyd edərək, “Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyon 911 mini keçib”,- deyə paylaşımda bildirilir.

Polşanı tərk edən ukraynalıların ümumi sayının 10 milyon 119 min nəfər olduğu söylənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər