Polşa prezident seçkilərinin gərgin mübarizə şəraitində keçən ikinci turunda Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda 29 milyon qeydiyyatdan keçmiş seçici Varşava meri Rafal Trzaskovski ilə müxalif mühafizəkar Hüquq və Ədalət Partiyasının namizədi tarixçi Navrocki arasında seçim etmək üçün sandıq başına gedib.
Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navroçki səslərin 50,9 faizini toplayıb və 5 il müddətində ölkəni prezidentlikdə təmsil edəcək ad olub. Seçkiqabağı sorğularda bir qədər irəlidə olduğu göstərilən Trzaskowski 49,1 səslə qalıb.