Polşa siyasətçiləri, alimləri və beyin mərkəzlərinin nümayəndələri Türkiyəni Avropa İttifaqının (Aİ) təhlükəsizliyinin təmin edilməsində mühüm aktor kimi görür və Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədiklərini bildirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.
Avropa İttifaqının Türkiyədəki nümayəndəliyi və Polşanın Ankaradakı səfirliyinin himayəsi altında keçirilən görüşlərdə Polşa, Aİ və Türkiyə arasında əməkdaşlıq, tərəflərin gözləntiləri, müdafiə və təhlükəsizlik məsələləri, eləcə də Polşa-Türkiyə münasibətləri müzakirə edilib.
Polşa xarici işlər nazirinin müavini Anna Radvan mətbuat konfransında Türkiyənin Aİ-yə üzvlük prosesini yaxından izlədiklərini bildirib.
Bu mövzuda Türkiyəni dəstəklədiklərini ifadə edən Radvan qeyd edib ki, Aİ tərəfdaş axtararkən heç vaxt dini meyar tətbiq etmir. İqtisadi, siyasi və dəyərlə bağlı kriteriyalar nəzərə alınır. Polşa olaraq Türkiyənin Aİ-yə üzvlük prosesində üzərlərinə düşəni edirlər.