Polşa Prezidenti Ukraynaya dəstək üçün dünya liderləri ilə silsilə görüşlər keçirəcək

Polşa Prezidenti Ukraynaya dəstək üçün dünya liderləri ilə silsilə görüşlər keçirəcək
13.02.2023 15:38
Aa
dəq

Polşa Prezidenti Anjey Duda qarşıdakı iki həftə ərzində çox vacib görüşlər keçirəcəyini və bu görüşlərdə Ukraynaya dəstək məsələsinin müzakirə mövzusu olacağını deyib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Polşa Prezidenti mətbuat konfransında bildirib.

Polşa Prezidenti növbəti günlərdə Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyini və ABŞ Prezidentinin səfərini vurğulayaraq bunların çox vacib olduğunu deyib.

"Biz diplomatik hücuma keçirik. Sabah Slovakiya Prezidenti Zuzana Çaputova və Litva Prezidenti Gitanas Nauseda ilə müzakirələrim olacaq. Bu həftə Brüssel, London və Münhenə olacaq səfərlərimdəki vacib məsələləri müzakirə edəcəyik. Fevralın 16-da B9 (Buxarest Doqquzluğu) görüşü, qarşıdan gələn NATO sammiti və şərq cinahının gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün NATO Baş katibi Yens Stoltenberqlə görüşəcəyəm. Hazırkı beynəlxalq vəziyyət bizdən fəal diplomatik fəaliyyət tələb edir. Ona görə də yaxın günlərdə Böyük Britaniya Baş naziri Rişi Sunak, Almaniya Kansleri Olaf Şolts, NATO Baş katibi Stoltenberq, B9 ölkələrinin liderləri ilə görüşəcəyəm. Kulminasiya isə ABŞ Prezidenti Co Baydenin Varşavaya səfəri olacaq", Polşa dövlət başçısı bildirib.

Həftənin ən çox oxunanları