Operativ Məlumat Mərkəzi

Polşa hakimiyyəti vətəndaşlarını İsraildən təxliyə etməyə hazırdır

1 dəq
Paylaş:
Polşa hakimiyyəti vətəndaşlarını İsraildən təxliyə etməyə hazırdır
bunu Polşa radiosunda respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib. “Biz çaxnaşma yaratmaq istəmirik, amma vətəndaşlarımızla vicdanlı...

Xarici İşlər Nazirliyi və Polşa Müdafiə Nazirliyi öz vətəndaşlarının İsraildən çıxarılmasına köməklik göstərməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşa radiosunda respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

“Biz çaxnaşma yaratmaq istəmirik, amma vətəndaşlarımızla vicdanlı davranmaq istəyirik. Münaqişələrin şiddətlənəcəyi təqdirdə milli müdafiə nazirimizlə əməkdaşlıq edərək fövqəladə təxliyyə ssenarilərinə hazırıq”, - deyə o bildirib.

Şeyna əlavə edib ki, hazırda münaqişənin eskalasiyası riski son dərəcə yüksəkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər