Operativ Məlumat Mərkəzi

Polşa fermerləri Litva ilə sərhəddəki keçid məntəqəsinin blokadasını götürüblər

1 dəq
Paylaş:
Polşa fermerləri Litva ilə sərhəddəki keçid məntəqəsinin blokadasını götürüblər
bu barədə Litva Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Giedrius Misutis bildirib. O, bir həftə davam edən aksiya zamanı Litva sərhədində heç bir problemin...

Polşalı fermerlər Litva ilə sərhəddə martın 1-dən başlayan etiraz aksiyasını dayandırıblar və artıq avtomobillər yolda yoxlanılmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Litva Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Giedrius Misutis bildirib.

O, bir həftə davam edən aksiya zamanı Litva sərhədində heç bir problemin yaranmadığını diqqətə çatdırıb: “Hər şey, demək olar ki, rahat keçdi”.

Polşa əvvəllər Ukrayna taxılının idxalına məhdudiyyətlər qoymuşdu, lakin fermerlər onun bir hissəsinin Litvaya göndərilməsindən, sonra isə Litva məhsulları adı altında Polşaya gətirilməsindən ehtiyat edirdilər. Polşa polisi, gömrük və yol nəqliyyatı müfəttişləri tərəfindən etiraz aksiyaları fonunda yük maşınlarına baxış keçirilib və heç bir qanun pozuntusu aşkar edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər