Politoloq: "Rəsmi Bakı öz mövqeyindən geri dönməyəcək"

Politoloq: "Rəsmi Bakı öz mövqeyindən geri dönməyəcək"
02.05.2023 18:05
Aa
dəq

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hazırda çox vacib bir görüş davam etməkdədir. Görüşün bir neçə gün davam edəcəyi ondan xəbər verir ki, Amerikadakı bu görüşlərdə artıq yekun nəticəyə gəlinmək istənilir".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Biz bilirik ki, Ermənistan hər dəfə qərb platformasında Azərbaycan ilə müəyyən fikir ortalığına gələndən sonra vəziyyət elə hal alırdı ki, onlar İrəvandan qayıtdıqdan sonra yeni istəklərini bildirirdilər, müəyyən qüvvələr də bu danışıqlar prosesinə mane olurdu. Bu dəfə ona görə görüş Vaşinqtondan ayrılmadan, yəni danışıqlar masasından ayırılmadan bir neçə gün davam edəcəkdir".

Zaur Məmmədov qeyd edib ki, söhbət Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı sazişdən gedir. Bu ilkin sülh müqaviləsinə qədərki yol xəritəsi kimi də başa düşülə bilər. Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü ilə bağlı məsələdə razılaşma var. Ermənistan bağlı qapı arxasında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

"Mən düşünürəm ki, Ermənistan eyni zamanda danışıqlarda sülh müqaviləsinə yeni, lazımsız əlavələr etmək istəyir. Bu daha çox beynəlxalq missiya və digər məsələlər ilə bağlıdır ki, bir neçə gün ərzində bu və ya digər şəkildə bu nüanslar müzakirə predmeti olacaq. Əlbəttə ki, əgər söhbət Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasından gedirsə, burada mina xəritələrinin qaytarılması, mina məsələsinə artıq birdəfəlik son qoyulması, eyni zamanda təxribatlardan, sərhədli insidentlərdən qaçmaq əsas məqsəd olmalıdır. Laçın rayonunun Ermənistan ilə sərhəd hissəsində artıq nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra növbəti hədəf Azərbaycanın daxili siyasətində Qarabağ erməniləri ilə bağlı olacaqdır. Bu qondarma separatçı qurumun müxtəlif institutlarının ləğv edilməsi və sonda tamamilə qondarma şəxslərin bölgədən qovulmasına gətirib çıxaracaq".

Zaur Məmmədov bildirib ki, iki mərhələdə erməni hərbi birləşmələri bölgəni tərk etməlidirlər, yəni özünümüdafiə korpusu yola salınmalıdır. Bundan sonra isə inteqrasiyada ciddi şəkildə irəliləyişlər əldə oluna bilər. Ermənilər başa düşməlidirlər ki, Azərbaycanın Ermənistandan Qarabağa gələn sakinlər ilə bağlı bir sıra sualları olacaq, yəni Laçın yolu vasitəsilə kimsə Azərbaycanı tərk etmək istəyirsə, buyursun, yox əgər Azərbaycana gəlmək istəyirsə, o, inteqrasiyanı qəbul etməlidir. İnteqrasiya məsələsində Azərbaycan dövlətinin ona verdiyi şansdan ya istifadə etməlidir, ya da bundan imtina edərək ümumiyyətlə bölgəyə daxil olmamalıdır. Nəzarət-buraxılış məntəqəsinin qoyulması və dünya birliyinin bu məsələdə susqunluq nümayiş etdirməsi, regional aktorların susqunluq göstərməsi o deməkdir ki, Azərbaycan çox lazımlı məqamda buraxılış məntəqəsini qoydu. Bu tarixi bir qələbədir. İmkandan və şəraitdən istifadə edərək cənab Prezidentin incə məharətli siyasəti ona gətirib çıxartdı ki, Rusiya, ABŞ, Avropa tərəfləri də başa düşmüş oldu, bu məsələdə onların seçim hüququ yoxdur, rəsmi Bakı öz prinsipli mövqeyindən geri dönməyəcək.

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu