Terror təşkilatı PKK özünü ləğv etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Qərar partiyanın mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib.
Qurultayın yekun bəyannaməsində deyilir ki, qurultay PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizənin dayandırılması, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib.