Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NASA-nın Artemis II adlı pilotlu missiyası Aya doğru yola düşür

1 dəq
Paylaş:
NASA-nın Artemis II adlı pilotlu missiyası Aya doğru yola düşür

dörd astronavtı daşıyan gəmisi Aya hərəkət edən II adlı pilotlu Ay missiyasını uğurla həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Orion kosmik gəmisi Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki 39A buraxılış meydançasından SLS (Kosmik Buraxılış Sistemi) buraxılış vasitəsi vasitəsilə kosmosa buraxılıb.

Ekipajda NASA astronavtları Reid Viseman, Viktor Qlover və Kristina Koç, eləcə də Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Ceremi Hansen var. Qlover ilk afroamerikalı, Koç isə ekipajla birlikdə Aya uçuş edən ilk qadın olub.

Uçuş 10 gün davam edəcək. Kosmik gəminin Ay ətrafında fırlanaraq Yerə qayıtması planlaşdırılır.

Artemis II ABŞ-nin yeni Ay proqramının ikinci mərhələsidir. Artemis I 2022-ci ildə pilotsuz şəkildə buraxılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax