Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian: Düşmən İran iqtisadiyyatını çökdürmək istəyir

2 dəq
Paylaş:
Pezeşkian: Düşmən İran iqtisadiyyatını çökdürmək istəyir

İran Prezidenti qüvvələrin ölkə iqtisadiyyatına təzyiq göstərərək cəmiyyətdə narazılıq yaratmağa çalışdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pezeşkian Tehranda aidiyyəti nazirlər və sahibkar birliklərinin iştirakı ilə keçirilən toplantıya qatılıb.

Görüşdə bazarlardakı son vəziyyət, qiymət dəyişiklikləri, inflyasiya ilə mübarizə, müharibə şəraitində əsas məhsulların təminatı və istehsal sektoru müzakirə olunub.

Pezeşkian çıxışı zamanı bildirib ki, müharibə şəraitində qiymət artımının, ehtiyat yığımının və paylama şəbəkəsində problemlərin qarşısını almaq üçün istehsaldan istehlaka qədər bütün zəncirə daimi nəzarət edilməlidir.

İran Prezidenti vurğulayıb ki, cəmiyyətin əsas ehtiyacları düzgün müəyyənləşdirilməli, tələb və təklif arasında balans qorunmalıdır.

Onun sözlərinə görə, bu yanaşma ölkə resurslarından səmərəli istifadə edilməsinə və bazar sabitliyinin qorunmasına imkan verəcək.

Pezeşkian qeyd edib ki, hazırkı vəziyyətdə düşmənin əsas məqsədlərindən biri iqtisadiyyatı zəiflətmək və insanların yaşayışına təzyiq göstərməkdir.

“Biz həm cəmiyyətin real ehtiyaclarını qarşılamalı, həm də istehsalçıların qazancını və istehlakçı məmnuniyyətini qoruyacaq siyasət yürütməliyik”, - İran Prezidenti əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax