"ABŞ səlahiyyətli və sadiq müttəfiqlərə layiqdir və Hörmüz boğazındakı vəziyyətin həllində Avropaya etibar etmir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset deyib.
“Biz Avropaya ümid etmirik, amma onların Hörmüz boğazına bizdən daha çox ehtiyacı var. Bəlkə də onlar daha az danışmağa və Avropada daha az dəbdəbəli konfranslar keçirməyə başlamalıdırlar. Bu, bizim mübarizəmizdən daha çox onların mübarizəsidir”, - müdafiə naziri bildirib.