Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pit Heqset NATO nazirlərinin görüşündə iştirak etməyəcək

2 dəq
Paylaş:
Pit Heqset NATO nazirlərinin görüşündə iştirak etməyəcək

ABŞ-nin Pit Heqsethin fevral ayında Brüsseldə keçirilməsi planlaşdırılan NATO müdafiə nazirlərinin toplantısında iştirak etməyəcəyi bildirilir.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.

Agentliyin qeydinə görə, əgər bu məlumat təsdiqlənərsə, Pit Heqset Donald Tramp administrasiyasından NATO nazirlərinin iclasını buraxan ikinci yüksək vəzifəli nümayəndə olacaq. Belə ki, 2025-ci ilin dekabr ayında katibinin müavini Kristofer Landau alyansın nazirlərinin görüşündə ABŞ-ni təmsil edib.

“Reuters” ABŞ Marko Rubionun sözügedən toplantıda iştirak etməməsini “olduqca qeyri-adi” hal kimi qiymətləndirib və ABŞ nümayəndəliyinin səviyyəsinin aşağı salınmasının Vaşinqtonun Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı sualları daha da gücləndirdiyini vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl İtaliyanın NATO-dakı keçmiş səfiri Stefano Stefanini ABŞ-nin Avropadakı iştirakını azaltması halında Şimali Atlantika Alyansının dağılma riski barədə xəbərdarlıq etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax