Operativ Məlumat Mərkəzi

Peskov: İrəvanın rusiyalı sərhədçiləri “Zvartnots”dan çıxarmaq qərarından xəbərsizik

1 dəq
Paylaş:
Peskov: İrəvanın rusiyalı sərhədçiləri “Zvartnots”dan çıxarmaq qərarından xəbərsizik
bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Zvartnots” sərhədçilərinə gəlincə, anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Heç kim...

Kreml Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması ilə bağlı hər hansı bir qərarından xəbərsizdir, bütün istiqamətlərdə iş aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Zvartnots” sərhədçilərinə gəlincə, anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Heç kim bizə bu qərarları rəsmi şəkildə çatdırmayıb. Biz MDB, Aİİ strukturları çərçivəsində, ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər