"Rusiya Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynada atəşkəs elan etmək təklifi ilə bağlı bəyanatından xəbərdardır, lakin Rusiya Federasiyası üçün heç nə dəyişmir, əməliyyatlar davam edir".
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Avropa İttifaqında müzakirə etdiyi Ukraynaya sülhməramlı qoşunların göndərilməsi ideyası ciddi yanaşılsa, bu, çox təhlükəlidir. Hazırki hərbi əməliyyatlar Rusiya Federasiyasının qarşısında duran məqsədlərə çatmaq üçün yeganə vasitədir. Ukraynada nüvə silahının yerləşdirilməsinə çağırışları Rusiya gözardı edə bilməz", - deyə Peskov bildirib.
"Putin bu gün saat 14.00-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni xarici siyasət konsepsiyasını müzakirə edəcək. Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında sədrliyi statusunun verdiyi bütün hüquqlardan istifadə ediləcək", - deyə sözçü əlavə edib