Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında sözügedən limanla bağlı sualları cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzzada müvəqqəti limanın quraşdırılmasının bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birlikdə həyata keçiriləcəyini bildirən Rayder, limanın qurulması üçün Virciniya əyalətindəki 7 nəqliyyat briqadasının əsgərlərinə həvalə edildiyini qeyd edib.
Müvəqqəti limandan yardımların çatdırılması əməliyyatları zamanı ABŞ əsgərlərinin Qəzzada sahəyə getməyəcəyini bildirən Rayder, İsrailin sahədə təhlükəsizliyi təmin edib etməyəcəyi suallarını cavablandırıb: “Bölgədəki tərəfdaşlarımızla plan və koordinasiyaya davam edirik".
Müvəqqəti limanın inşası üçün 1000-dən çox ABŞ qüvvəsinə ehtiyac olacağını bildirən Rayder, limanın tikintisinin 60 gün çəkə biləcəyini və daha sonra Qəzzaya gündə 2 milyon yemək veriləcəyini bildirib.