Əsas məzmuna keç

Pensiyaçılara 232 manat, uşaqlara 246 manat - YENİ QANUN

Pensiyaçılara 232 manat, uşaqlara 246 manat - YENİ QANUN

2025-ci ildə yaşayış minimumu 285 manata qaldırılır. Pensiyaçılara 232, uşaqlara 246 manat - yeni qanun layihəsinin təfərrüatları.

Gələn il yaşayış minimumu və meyarının həddi 285 manat götürüləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan " Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb.

Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Pensiya

Dekabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR Hələ elan olunmayıb · adətən 6–14
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…