Operativ Məlumat Mərkəzi

Paytaxtda mənzil yanıb, ölən var

1 dəq
Paylaş:
Paytaxtda mənzil yanıb, ölən var
Bakıda mənzildə yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib....

Bakıda mənzildə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər