Əsas məzmuna keç

Paytaxtda 36, rayonlarda 40 dərəcə isti olacaq

Paytaxtda 36, rayonlarda 40 dərəcə isti olacaq

Sinoptiklər növbəti günlər üçün xəbərdarlıq etdi: Abşeron yarımadası və bölgələrdə anomal istilər pik həddə çatacaq. Termometrlər neçə dərəcə göstərəcək?

en ru

Azərbaycanda avqustun 25-də 40 dərəcəyədək isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.

Hava proqnozu

20° Bakıda indiÇiskin
  1. Bu gün Günəşli 21° 19° yağış 51%
  2. Sabah Günəşli 23° 19°
  3. Birigün Günəşli 23° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…