Əsas məzmuna keç

Paşinyanın Tehrana səfəri niyə gecikir? – Səfir açıqladı

Paşinyanın Tehrana səfəri niyə gecikir? – Səfir açıqladı

İrəvan və İran arasında strateji tərəfdaşlıq sənədinin imzalanması ləngiyir. Səfir Xəlil Şirqolami hərbi gərginliyin təsiri və mühüm layihələrin təxirə düşmə səbəblərini açıqladı.

en ru

Ermənistanın Nikol Paşinyanın İrana planlaşdırılan səfərinin dəqiq tarixi hələ müəyyənləşməyib və səfər çərçivəsində İrəvanla Tehran arasında strateji sənədinin imzalanması gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami “İrəvan Dialoqu” beynəlxalq konfransında məlumat verib.

Diplomat bildirib ki, fevral ayında və İran arasında hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanmasının planlaşdırıldığı və bunun Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı baş tuta biləcəyi nəzərdə tutulurdu.

Onun sözlərinə görə, sonradan regionda baş verən hadisələr, o cümlədən İrana qarşı hərbi gərginlik səbəbindən bu planlar təxirə salınıb. “Ümumi səfər ideyası səsləndirildi, lakin baş verən hadisələr ölkəni tamamilə müdafiəyə yönəltdi. Nəticədə bəzi layihələr təxirə salındı və gözləmək lazım gəlir”, – deyə o qeyd edib.

Səfir əlavə edib ki, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti fonunda rəsmi İrəvanın müxtəlif geosiyasi qüvvələrlə balanslı münasibətlər saxlamaq potensialı mövcuddur.

O vurğulayıb ki, regionda sabitliyin təmin olunması üçün bütün tərəflərin maraq və narahatlıqlarının nəzərə alınması vacibdir və əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.

Sonda qeyd edək ki, Ermənistan–İran münasibətlərində strateji sənədin imzalanması regionda yeni siyasi və iqtisadi dinamika yarada bilər və bu, xüsusilə , və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi baxımından maraq doğurur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…