Paşinyan ermənilərin Qarabağda qalmamasının səbəbini açıqlayıb

Paşinyan ermənilərin Qarabağda qalmamasının səbəbini açıqlayıb
10.04.2024 15:27
Aa
dəq

Qarabağdakı özünü ləğv etmiş keçmiş separatçı rejimin rəsmi Bakı ilə danışmaq imkanı olsa da dialoqdan imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

"Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, ancaq onlara qadağa qoyulduğu üçün bunu etmədilər. Və bunu qadağan edən mən deyildim. Bunu mən edə bilməzdim və etməzdim də".

Nikol Paşinyan Xankəndinə Bakı ilə dialoq aparmağı konkret kimin qadağan etdiyini deməyib. Paşinyan həmçinin qeyd edib ki, Qarabağdakı separatçılar mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.

"Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik", - Ermənistan Baş naziri Nikol Paşinyan əlavə edib.

Baş nazir müxalifətin qınaqlarına cavab olaraq bildirib ki, buna görə də iki il əvvəl Qarabağın statusu məsələsində “yüksək tələb”lərin qoyulmamasının vacibliyindən danışırdı.

Həftənin ən çox oxunanları

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
DAVAMIN OXU davamın oxu

Blinken və Paşinyan delimitasiyanı müzakirə ediblər

Blinken və Paşinyan delimitasiyanı müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
DAVAMIN OXU davamın oxu

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
DAVAMIN OXU davamın oxu

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq
DAVAMIN OXU davamın oxu